Dövlət Dəniz Administrasiyasında seminar təşkil olunub

Dövlət Dəniz Administrasiyasında seminar təşkil olunub
# 16 sentyabr 2017 09:30 (UTC +04:00)

Azərbaycan Dövlət Dəniz Akademiyasının professor–müəllim heyəti bu il sentyabrın 12-13-ü tarixlərində Dövlət Dəniz Administrasiyasında “Beynəlxalq Dəniz Təşkilatının Konvensiyalarına edilən dəyişikliklərin mənimsənilməsinə dair” keçirilən seminarda iştirak ediblər. Administrasiyadan “APA-Economics”ə verilən xəbərə görə, seminarın keçirilməsində məqsəd iştirakçıları Beynəlxalq Dəniz Təşkilatının Konvensiyalarına edilən dəyişikliklərlə tanış etmək olub.

Seminar zamanı Beynəlxalq Dəniz Təşkilatı tərəfindən “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli Beynəlxalq Konvensiya, “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında 1973-cü il tarixli Beynəlxalq Konvensiya, “Dənizdə insan həyatının mühafizəsinə dair” 1974-cü il tarixli Beynəlxalq Konvensiya üzrə qəbul edilən dəyişikliklər haqqında iştirakçılara məlumat verilib. Seminarda iştirak edən “Ruskiy Reqistr” Təsnifat Cəmiyyətinin nümayəndəsi Təhsil və tədris sahəsində İSO 9001 keyfiyyəti idarəetmə sisteminin mahiyyəti, əhatə dairəsi, İSO 9001:2009 və yeni İSO 9001:2015 keyfiyyəti idarəetmə sisteminin mübadiləsi haqqında iştirakçıları maraqlandıran suallara ətraflı şəkildə cavab verib.

Seminarın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR