Azər Türk Bank xanım yazarları təbrik edib

Azər Türk Bank xanım yazarları təbrik edib
# 06 mart 2017 15:03 (UTC +04:00)

Bu gün Azər Türk Bankın nümayəndələri 8 mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda ölkənin görkəmli yazıçı və şairə xanımları ilə görüşüblər.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq yazıçısı Çingiz Abdullayev tədbir iştirakçılarını salamlayaraq, onları bayram münasibətilə təbrik edib, səmimi arzularını bildirib, bankın bu təşəbbüsünü alqışlayıblar.

Azər Türk Bank adından Bankın Strateji planlaşdırma və marketinq departamentinin direktoru Leyla Məmmədova, Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mahir Eyvazov və bankın mətbuat katibi Rauf Ağayev çıxış edib və xanım yazarlara gül və hədiyyələr təqdim ediblər.

Azərbaycanın tanınmış və sevilən yazarları Kəmalə Ağayeva, Şəfayət Dağıstanlı, Alina Talıbova, Nafilə Abuzərli, Dinara Gərəkməzli və başqaları Yazıçılar Birliyinin rəhbərliyinə və belə bir tədbirin keçirilməsində təşəbbüskar olan Azər Türk Banka minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR