Bank Of Baku

Kabil hava limanında atəş səsləri eşidilib

Kabil hava limanında atəş səsləri eşidilib
# 15 avqust 2021 20:23 (UTC +04:00)

Kabil hava limanı atəşə tutulub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı diplomatik missiyasından bildirilib.

Hazırda Amerika vətəndaşlarının hava limanı vasitəsilə təxliyəsi aparılır.

“Hava limanında atəş açıldığına dair xəbərlər var. Bütün Amerika vətəndaşlarından sığınacaqlarda gizlənmələri tələb olunur”, - deyə məlumatda qeyd edilib.

“CNN” telekanalının verdiyi xəbərə görə, ABŞ hərbçiləri hava nəqliyyatının yaxşılaşdırılması üçün yaxın saatlarda Kabil hava limanını nəzarətə götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR