Həyat yoldaşına ağır xəsarətlər yetirən kişiyə hökm oxunub

Həyat yoldaşına ağır xəsarətlər yetirən kişiyə hökm oxunub
# 06 mart 2017 14:32 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Əliqsimət Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Ə. Heydərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə. Heydərov Cinayət Məcəlləsinin 126.2.3-cü (bədənə ağır xəsarət yetirmək xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham olunub.

İttihama görə, Ə. Heydərov ailə münaqişəsi zəminində arvadı Qöçəxanıma ağır xəsarət yetirib. Hadisə onların övladlarının gözü qarşısında baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR