Bakıda dava zamanı bir nəfər qətlə yetirilib, taksi sürücüsü bıçaqlanıb

Bakıda dava zamanı bir nəfər qətlə yetirilib, taksi sürücüsü bıçaqlanıb
# 05 yanvar 2020 02:44 (UTC +04:00)

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 9-cu mikrorayonun Bəhlul Səttarzadə küçəsində baş verib.

1985-ci il təvəllüdlü Əkbərov Ziyad Əfqan oğlu və 1988-ci il təvəllüdlü Anar Tağıyev bıçaqlanıb. Z.Əkbərov yaralı vəziyyətdə A.Tağıyevi özünə məxsus avtomobilə mindirərək 1 saylı şəhər xəstəxanasına aparıb. Lakin A.Tağıyev avtomobildə qan itirmədən dünyasını dəyişib. Z.Əkbərov isə ayağından bıçaqlandığı üçün cərrahi əməliyyat olunub.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi və Binəqədi Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib. Yaralı Z.Əkbərovun ilkin izahatı alınıb. O bildirib ki, ölən şəxs onu taksi sürücüsü kimi çağırıb. Z.Əkbərov ünvana çatdıqda isə A.Tağıyevin bir neçə nəfər tərəfindən döyülərək bıçaqlandığını görüb. Xilas etmək istəyərkən o da xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR