Rusiyada yol qəzasında dörd nəfər yanaraq ölüb

Rusiyada yol qəzasında dörd nəfər yanaraq ölüb
# 15 aprel 2018 11:47 (UTC +04:00)

Rusiyada baş verən yol qəzasında dörd nəfər ölüb.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 14-də saat 23.15-də Yeni Moskva yolunun Novofyodorovsk yaşayış məntəqəsindən keçən hissəsində “VAZ 21124” markalı minik avtomobili aşaraq yanıb.

Nəticədə sürücü və üç sərnişini yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR