Bakı-Quba-Rusiya yolunda ölən piyadanın şəxsiyyəti müəyyənləşib, qaçan sürücü saxlanılıb - YENİLƏNİB

Bakı-Quba-Rusiya yolunda ölən piyadanın şəxsiyyəti müəyyənləşib, qaçan sürücü saxlanılıb - <span style="color: red;">YENİLƏNİB
# 06 noyabr 2016 16:02 (UTC +04:00)

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, körpünün üzərində avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza zamanı ölən şəxsin 1979-cu il təvəllüdlü Sultanov Nazim Nizam oğlu olduğu müəyyənləşib.

Şabran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisədən sonra qəza yerindən qaçan sürücünü də tapmaq mümkün olub. Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Qasımov Fərid Aslan oğlu hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Onun hadisəni “DAF” markalı 90 OK 524 dövlət nömrə nişanlı avtomaşınla törətdiyi aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edk ki, bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verən digər qəzada yük maşını Siyəzən rayon sakini orta yaşlı kişini vuraraq öldürüb.

***

saat 16.28

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın Şabran rayonu ərazisindən keçən hissəsində 40-45 yaşlı kişini maşın vurub. Hələlik ölən şəxsin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Hadisəni törədən sürücü də hadisə yerindən qaçıb. İlkin ehtimala görə, piyadanı yük maşını vurub.

Daha bir hadisə isə yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Yük maşını Siyəzən rayon sakini orta yaşlı kişini vuraraq öldürüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR