Prokuror tikinti şirkətinin rəhbər şəxslərinə cəza istəyib

Prokuror tikinti şirkətinin rəhbər şəxslərinə cəza istəyib
# 01 iyun 2018 12:43 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Məmmədov və İsa Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda prokuror çıxış edib.

O, təqsirləndirilən şəxslərin hər birinin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Ç. Məmmədov "İdeal - V" tikinti şirkətinin direktoru, İ. Məmmədov isə təsisçisi olub. Onlar bir mənzili bir neçə nəfərə satıblar. Zərərçəkmişlərə vurulan ziyanın 3 milyon manatdan çox olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR