Prokuror Bakıda qumarbazı qətlə yetirən şəxsə 18 illik həbs cəzası istəyib

Prokuror Bakıda qumarbazı qətlə yetirən şəxsə 18 illik həbs cəzası istəyib
# 23 fevral 2017 09:03 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şəhriyar Abbasquliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Ş. Abbasquliyevə 18 illik həbs cəzası istəyib.

Proses martın 2-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il martın 9-da Maştağa qəsəbəsində 1986-cı il təvəllüdlü İlham Tahir oğlu Ağayevi bıçaqlayaraq öldürən Şəhriyar Abbasquliyev saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Qətlə yetirilən İ. Ağayev qumarbaz olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR