Azərbaycan prezidenti Brüsseldə Aİ rəhbərliyi ilə görüşlər keçirəcək

Azərbaycan prezidenti Brüsseldə Aİ rəhbərliyi ilə görüşlər keçirəcək
# 06 fevral 2017 08:09 (UTC +04:00)

Belçikada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa İttifaqı rəhbərliyi ilə görüşlər keçirəcək.

APA-nın Aİ mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, günorta saatlarında Azərbaycan prezidentinin Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşü planlaşdırılır. Sonra dövlət başçısı Aİ Şurasının prezidenti Donald Tuskla görüşəcək. Bu görüşün sonunda tərəflər mətbuata açıqlama ilə çıxış edəcəklər.

Daha sonra Azərbaycan prezidenti Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerlə bir araya gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR