Nazir müavini: “İran və Azərbaycan arasında elektrik enerjisinin mübadiləsi üçün infrastruktur tam hazırdır”

Nazir müavini: “İran və Azərbaycan arasında elektrik enerjisinin mübadiləsi üçün infrastruktur tam hazırdır”
# 20 oktyabr 2017 18:52 (UTC +04:00)

İran və Azərbaycan arasında elektrik enerjisinin mübadiləsi üçün infrastruktur tam hazırdır.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın energetika nazirinin müavini Huşəng Fəlahətian deyib.

O deyib ki, ötən illər ərzində 51 kilometr uzunluğunda 230 kilovat enerji ötürmə gücünə malik xəttin tikintisi tamamlanmışdır. H.Fəlahətian deyib ki, bu mübadilə sınaq üçün baş tutub və 90 meqavat saat elektrik enerjisi potensialı olub: “Hazırda iki ölkə arasındakı elektrik enerjisi mübadiləsi 230 həcmindədir və iki ölkə bu gücü 330 kilovata artırmaq niyyətindədir. Fəsilə görə yayda 500 meqavat elektrik enerjisi Azərbaycandan idxal edəcəyik və eyni həcmdə Azərbaycana ixrac edəcəyik”.

Qeyd edək ki, bundan əvvəl İranın Energetika naziri Həmid Çitçiyan APA-ya bildirib ki, İrana lazım olanda Azərbaycan bu ölkəyə müəyyən həcmdə elektrik enerjisi ixrac edəcək. Azərbaycan və İran arasında elektrik enerjisinin mübadiləsinə dair sənəd 2015-ci ildə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR