Azərbaycanlı tələbələr Avropa ölkələrində etiraz aksiyaları keçiriblər

Azərbaycanlı tələbələr Avropa ölkələrində etiraz aksiyaları keçiriblər
# 10 iyul 2017 17:24 (UTC +04:00)

Avropada təhsil alan azərbaycanlı gənclər bu gün Brüssel, Varşava və Haaqada etiraz aksiyaları keçiriblər.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından APA-ya verilən məlumata görə, Ermənistan səfirlikləri, Avropa Parlamenti və Avropa İnsan Haqları Məhkəməsinin binası qarşısında keçirilən aksiyalar tələbələrin təşəbbüsü ilə baş tutub.

Aksiyalar zamanı erməni silahlıları tərəfindən iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində 2 yaşlı Quliyeva Zəhranın və nənəsinin həlak olmasında günahkar olanların cəzalandırılmasını tələb olunub. Azərbaycanlı tələbələr müxtəlif plakatlarla Ermənistanın uzun illərdir Azərbaycana qarşı davam edən işğalçılıq siyasətini və bunun fonunda dinc insanlara qarşı törətdiyi qətliamların cəzasız qalmasına görə beynəlxalq təşkilatları susmamağa çağırıblar.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR