Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə Bakı bayraqlarla bəzədilib

Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə Bakı bayraqlarla bəzədilib
# 25 may 2018 12:56 (UTC +04:00)

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə Bakı bayraqlarla bəzədilib.

APA-nın məlumatına görə, paytaxtın bir sıra yaşayış və qeyri-yaşayış binalarında (Qafqaz Baku” otellər və AFB Bank şəbəkələri, “Komtec Milliön Head Office”, Günaydın restoranı, “Köşəm Baku”, “Evimiz Xətai”, “Ekomobil Baku”, Gilan Çörək Zavodu, “Libraff” kitab satışı mağazaları, “Crescent Development” və “Dərs evi”) Cümhuriyyətimizin 100 illiyi şərəfinə üçrəngli Azərbaycan bayraqları asılıb.

Xalqımız bununla Şərqin ilk demokratik respublikası olan Xalq Cümhuriyyətinin şərəfli tarixi ilə qürur hissi duyduğunu ifadə edir, dövlət və dövlətçilik rəmzlərinə hörmət və ehtiramını bildirir.

Böyük ölçülü bayraqlar binaların uca nöqtəsində dalğalanaraq azadlıq ideallarını hər şeydən uca tutan Azərbaycan vətəndaşlarının eyni zamanda Vətən, dövlət təəssübkeşliyini özündə ehtiva edir.

Qeyd edək ki, ölkə başçısının Sərəncamına əsasən 2018-ci il Azərbaycanda "Cümhuriyyət ili" elan olunub. Bu münasibətlə ölkə daxilində, o cümlədən bir sıra xarici ölkələrdə silsilə tədbirlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR