Azərbaycan millisi 3 dəfə Avropa çempionu olan 3-cü komandadır

Azərbaycan millisi 3 dəfə Avropa çempionu olan 3-cü komandadır
# 07 noyabr 2017 09:11 (UTC +04:00)

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi ən azı 3 dəfə Avropa çempionu olan 3-cü komandadı. Apasport.az saytının məlumatına görə, yığmamıza qədər yalnız SSRİ və Rusiya şahmatçıları bu uğura sahib olublar.

Sabiq SSRİ komandaları 9 dəfə qitənin ən yaxşısı adını qazanıbsa, şimal qonşularımızın hesabında 4 qızıl medal var. Bir çempionatdan bir fəxri kürsünün ən yüksək pilləsinə qalxan yığmamız 2009 və 2013-cü ildəki uğurunu təkrarlamaqla, çempionluq sayında 3-cü sıraya qalxıb. Komandamız bununla, 2 zəfəri olan Hollandiyanı arxada qoyub.

Bu 4 yığmadan başqa, daha 3 milli birincilik sevinci yaşayıb. Bunlar Ermənistan, İngiltərə və Almaniyadı.

Qeyd edək ki, ilk dəfə 1957-ci ildə keçirilən və uzun müddət dağınıq baş tutan Avropa çempionatı 1997-ci ildən tək illərdə təşkil olunur.

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

SSRİ

9

0

0

9

2

Rusiya

4

3

1

8

3

AZƏRBAYCAN

3

1

1

5

4

Hollandiya

2

0

0

2

5

Ermənistan

1

2

1

4

6

İngiltərə

1

0

2

3

7

Almaniya

1

0

2

3

8

Yuqoslaviya

0

6

1

7

9

Macarıstan

0

4

6

10

10

Fransa

0

2

1

3

11

İsrail

0

2

0

2

12

Ukrayna

0

1

2

3

13

Çexiya

0

0

1

1

14

ADR

0

0

1

1

15

Gürcüstan

0

0

1

1

16

AFR

0

0

1

1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR