Nazarbayev qızını baş nazirin müavini təyin edib

Nazarbayev qızını baş nazirin müavini təyin edib
# 11 sentyabr 2015 15:20 (UTC +04:00)

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, ölkə başçısı tərəfindən imzalanmış fərman prezidentin rəsmi saytında yerləşdirilib. D. Nazarbayevanın hansı sahələrlə məşğul olacağı barədə məlumat verilmir.


Qeyd edək ki, D. Nazarbayeva 2012-ci ilin yanvarında keçirilən seçkilərdə parlamentin aşağı palatasına üzv seçilib. O, sosial-mədəni inkişaf üzrə komitənin sədri olub. Hakimiyyətdəki “Nur Otan” Partiyasının üzvü olan D. Nazarbayeva 2014-cü ilin aprelində parlament sədrinin müavini və hakim partiyanın parlament fraksiyasının rəhbəri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR