Bakıda mənzildə 21 yaşlı qadın meyiti tapılıb

Bakıda mənzildə 21 yaşlı qadın meyiti tapılıb
# 29 dekabr 2016 18:02 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1995-ci il təvəllüdlü Acalova Nərmin Faiq qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:49-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR