Ötən il Azərbaycanda quraşdırılan bankomatların sayı azalıb

Ötən il Azərbaycanda quraşdırılan bankomatların sayı azalıb
# 02 fevral 2018 14:46 (UTC +04:00)

Azərbaycanda bu il yanvarın 1-nə 2 431 ədəd bankomat quraşdırılıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 29 ədəd və ya 1,2% az, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə isə 23 ədəd və ya 0,94% azdır.

2018-cı il yanvarın 1-nə bankomatların 1308-i (keçən ilə nəzərən 1,1% azalma ilə) Bakı şəhərində, 1123-ü (keçən ilə nəzərən 0,8% azalma ilə) isə digər şəhər və rayonlarda yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR