Moskva Braziliyanın BMT Təhlükəsizlik Şurasında (TŞ) daimi üzvlüyünün tərəfdarıdır.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Sergey Lavrov Rusiya və Braziliyanın xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə keçirilən danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
"İndi Braziliya Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu gün biz təsdiq etdik ki, Rusiya Federasiyası Amerika, Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələri üçün əlavə yerlər hesabına bu qurumun üzvlüyünün genişləndirilməsi kontekstində Braziliyanın Təhlükəsizlik Şurasında daimi üzvlüyünü dəstəkləyir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.