Bakı - APA. Ermənistanın Sisian rayonu ərazisində hərbçiləri daşıyan “Ural” avtomobili qəzaya uğrayıb. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, avtomobil naməlum səbəbdən aşıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan hadisə zamanı avtomobildə 20 hərbi qulluqçunun olduğunu və 3 əsgərin yüngül sıyrıqlar aldığını bildirib.
Faktla bağlı xidməti təhqiqat aparılır.