Ermənistan ordusunun Dağlıq Qarabağdakı hərbi hissələrindən birində partlayış olub, ölən və yaralananlar var

Ermənistan ordusunun Dağlıq Qarabağdakı hərbi hissələrindən birində partlayış olub, ölən və yaralananlar var
# 04 noyabr 2017 16:37 (UTC +04:00)

İşğalçı Ermənistan ordusunun Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki hərbi hissələrindən birində güclü partlayış baş verib, ölən və yaralananlar var.

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu gün saat 12.10 radələrində Dağlıq Qarabağ bölgəsinin şimal-şərq istiqamətində yerləşən Ermənistanın ordusunun hərbi hissələrindən birində tank əleyhinə qumbara partlayıb. İnsident nəticəsində hərbçi Qrant Manqasaryan ölüb, digər iki hərbçi Qevork Xusnunts və Sergey Alumyan qəlpə yaraları alaraq xəstəxanaya yerləşdiriliblər. Təfərrüatlar açıqlanmır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR