Qazaxda 45 ədəd mobil telefon oğurlayan şəxs tutulub

Qazaxda 45 ədəd mobil telefon oğurlayan şəxs tutulub
# 09 avqust 2017 14:23 (UTC +04:00)

Qazaxda 45 ədəd mobil telefon oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qazax rayonu ərazisindəki mağzalardan birindən xeyli sayda telefon oğurlanması barədə “102 Zəng Mərkəzi”nə müraciət daxil olub.

Məlumatla əlaqədar aidiyyatı üzrə Qazax Rayon Polis Şöbəsində yaradılan əməliyyat qrupu hadisə yerinə gələrək oranı müayinə edib, müvafiq araşdırmalar aparılıb.

Faktla əlaqədar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Polis Şöbəsinə dəvət edilən mağaza sahibi izahatında oradan satış üçün nəzərdə tutulan və təmirə gətirilmiş ümumilikdə 45 ədəd mobil telefonun, həmçinin eyni sayda satış üçün nəzərdə tutulan, telefonların üzərlərində olan sim nömrələrin və 1 ədəd noutbukun oğurlandığını bildirib.

Əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib, saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Alıyev olması müəyyən edilib. Saxlanılarkən oğurlanmış mobil telefonlardan biri maddi sübut kimi onun üzərindən aşkar edilərək götürülüb.

Təkzibolunmaz sübutlar qarşısında o, törətdiyi oğurluğu etiraf edib.

Müəyyən edilib ki, E.Alıyev bir müddət əvvəl gəzmək üçün Qazaxa gəlib və özünü təhsil müəssisələrindən birinin tələbəsi kimi təqdim edərək şəhər ərazisində kirayədə yaşayıb.

Dindirmələr zamanı o, digər telefonları və noutbuku paytaxt ərazisində satdığını bildirib.

Araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR