Dekan müavinin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

Dekan müavinin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib
# 07 iyul 2017 15:37 (UTC +04:00)

Bu gün Yasamal rayon Məhkəməsində Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin tələbəsi Zəka Mirağayevə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Azər Tağıyevin sədrlik etdiyi iclasda Z. Mirağayev iştirak etməyib. N. İsmayılzadənin vəkili Kamandar Nəsibov isə deyib ki, Z. Mirağayev məhkəmədən yayınır. O, tələbənin həbs edilməsini istəyib. Hakim deyib ki, növbəti iclasda da Z. Mirağayev iştirak etməsə barəsində tədbir görüləcək.

İclas iyulun 10-da davam edəcək.

APA-nın əldə etdiyi məlumata görə, Z. Mirağayev ölkəni tərk edib.

Qeyd edək ki, N. İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır. O, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Zəka Mirağayevin CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını istəyib. Z. Mirağayev müsahibəsində N. İsmayılzadənin rüşvət aldığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR