2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planı təsdiqlənib

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planı təsdiqlənib
# 15 fevral 2017 09:26 (UTC +04:00)

Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib.

APA-nın məlumatına görə, sərəncama əsasən Tədbirlər Planının icrasının təşkilinin əlaqələndirilməsi Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirinin xidmətinə həvalə olunub.

Tədbirlər Planında islamdaxili həmrəylik, İslam və digər konfessiyalar arasında həmrəylik istiqamətləri üzrə ölkə daxilində və xaricdə keçirilməsi nəzərdə tutulan tədbirlər öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR