Nazarbayev Qazaxıstanın yeni hökumətini formalaşdırıb

Nazarbayev Qazaxıstanın yeni hökumətini formalaşdırıb
# 25 fevral 2019 20:43 (UTC +04:00)

Qazaxıstanda yeni hökumət təsdiqlənib.

ONA – nın məlumatına görə, hökumətin yeni heyəti Qazaxıstan prezidenti Nursultan Nazarbayevin saytında yerləşdirilib.

Ölkənin baş naziri Əsgər Mamin təyin olunub. Milli bankın rəhbəri Daniyar Akişevi Yerbolat Dosayev əvəzləyib.

Xarici işlər naziri Beybut Atamkulov, müdafiə naziri Nurlan Yermekbayev və daxili işlər naziri Yerlan Turqumbayev öz vəzifələrində qalıblar.

Sənədə əsasən baş nazirin birinci müavini və maliyyə naziri Əlixan İsmayılov, ədliyyə naziri - Marat Beketayev, səhiyyə naziri – Elcan Birtanov, mədəniyyət və idman naziri Arıstanbəy Məhəmmədiulı, rəqəmsal inkişaf və aerokosmik sənaye naziri – Əsgər Jumaqaliyev, energetika naziri isə Kanat Bozumbayev təyin olunublar. İnformasiya və cəmiyyət inkişafı naziri Dauren Abayev olub.

Xatırladaq ki, Qazaxıstan prezidenti hökumətin buraxılması ilə bağlı fərmanı 21 fevral tarixində imzalayıb. Nursultan Nazarbayev daha öncə fəaliyyətdə olan hökuməti tənqid edərək onun tezliklə buraxılacağı ilə bağlı açıqlama vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR