Prezident İlham Əliyev: “İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə qalxıb” - YENİLƏNİB

Prezident İlham Əliyev: “İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə qalxıb” - <span style="color: red;">YENİLƏNİB
# 05 mart 2017 10:07 (UTC +04:00)

Bu gün məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

APA-nın məlumatına görə, H. Ruhani geniş tərkibli görüşdə deyib ki, prezident İlham Əliyevə və onu müşayiət edən nümayəndə heyətini görməyə çox şaddır.

H. Ruhini qeyd edib ki, Azərbaycan prezidenti və nümayəndə heyətinin üzvləri ilə İranda keçirdikləri görüş bir başlanğıc olub: “Ümid edirəm ki, bu başlanğıc bizim əlaqələrimizə daha yaxşı töhfə verəcək. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən illərdə iki ölkə, iki dövlət arasındakı əlaqələr sürətlə inkişaf edərək genişlənib. Bu da göstərir ki, biz gələcəyə ümidlə baxmalıyıq”.

Azərbaycan prezidenti İlham Əliyev ilk növbədə, dəvətə, ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə İran prezidentinə minnətdarlıq edib: “İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir. Son bir neçə il ərzində bu əlaqələr, deyə bilərəm ki, ən yüksək zirvəyə qalxıb. Bir çox önəmli məsələlər öz həllini tapıb və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir. Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və prezidentlər səviyyəsində görüşlərimiz, nazirlərin görüşləri ümumi işimizə böyük töhfədir”.

***

saat 12.29

İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani arasında geniş tərkibdə görüşü olub.

APA-nın məlumatına görə, təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

***

saat 12.14

İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü keçirilib.

APA-nın məlumatına görə, rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR