Fransa səfiri: “Həmsədrlər dialoq şəraitinin yaradılması üçün səylərini əsirgəmirlər”

Fransa səfiri: “Həmsədrlər dialoq şəraitinin yaradılması üçün səylərini əsirgəmirlər”
# 14 fevral 2017 11:07 (UTC +04:00)

“ATƏT-in Minsk qrupunun həmsədrləri dialoqun üçün şəraitin yaradılması istiqamətində səylərini əsirgəmirlər”.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye keçirdiyi brifinqdə bildirib.

Diplomatın sözlərinə görə, vasitəçilər sülh danışıqlarının alternativinin olmadığına əmindirlər: “İnsan itkiləri təkcə aprel müharibəsi zamanı olmayıb. Bu, az qala gündəlik vəziyyətdir və belə durum qane edə bilməz. İnsidentlərin araşdırılması mexanizmlərinin yaradılmasına dair razılaşmalar mütləq həyata keçirilməlidir. Lakin bu kontekstdə onu bilmək lazımdır ki, məsələnin həlli vasitəçilərdən asılı deyil. Bu, tərəflərin siyasi iradəsinin şərtləndirdiyi məsələdir”.

Səfir onu da əlavə edib ki, prezident Olland bəyan etdiyi kimi Fransa tərəflərin görüşünü qəbul etməyə hazırdır: “İstənilən halda münaqişə yalnız sülh yolu ilə həll olunacaq. XX əsrdə sülh yolu ilə həll olunan münaqişələrin nümunəsi var”.

Vasitəçilərin tərəflər arasındakı bərabərliyi necə başa düşdüklərinə gəldikdə isə diplomat Minsk qrupunun 1-1,5 il əvvəl verdiyi bəyanatlara nəzər salmağı məsləhət görüb: “Sətiraltı oxuyun, dəqiq mesajları görəcəksiniz”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR