Kiyevdə Ukrayna Milli Olimpiya Komitəsinin iştirakı ilə "Bakı-2015" I Avropa Oyunları aksiyası keçirilib - FOTO

Kiyevdə Ukrayna Milli Olimpiya Komitəsinin iştirakı ilə "Bakı-2015" I Avropa Oyunları aksiyası keçirilib - <span style="color: red;">FOTO
# 02 iyun 2015 12:17 (UTC +04:00)

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) APA-ya verilən məlumata görə, aksiyada Avropa Oyunlarına qatılacaq ukraynalı idmançılar və idman azarkeşləri ilə yanaşı, ölkənin idman və gənclər naziri İqor Jdanov, Milli Olimpiya Komitəsinin prezidenti Serqey Bubka, BUAK sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev, yerli, digər millətlərdən olan, o cümlədən azərbaycanlı gənc fəallar, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. BUAK və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) birgə təşkilatçılığı ilə keçirilən aksiyaya xeyli sayda yerli sakin də qatılıblar.

Sergey Bubka bildirib ki, Ukraynada Bakıda keçiriləcək Avropa Oyunlarına ilə bağlı böyük maraq var və ölkəsinin 243 idmançıdan ibarət komandası bu oyunlarda iştirak edəcək.

Konqres sədri Rövşən Tağıyev Azərbaycanda bütün sahələrlə yanaşı, idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, Avropa Oyunlarına hazırlıqla əlaqədar Azərbaycanda görülən işlər, inşa olunmuş müxtəlif növ idman kompleksləri haqqında məlumat verib.

Mərasimdə Azərbaycanın Ukraynadakı Səfirliyinin əməkdaşı Nazim Əliyev, UAGB sədri İlhamə Allahverdiyeva da iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR