Xaçmazda qətl törədən şəxs saxlanılıb

Xaçmazda qətl törədən şəxs saxlanılıb
# 10 iyul 2017 11:08 (UTC +04:00)

Xaçmazda qətl törədən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 8-də Xaçmaz rayonunun Qusarçay kəndinin ərazisində kənd sakini Bəxtiyar Umudov münaqişə zəminində həmkəndliləri Məhərrəm Hacıyevə və Məzahir Mustafayevə bıçaqla xəsarət yetirib.

M.Hacıyev hadisə yerində ölüb, M.Mustafayev xəstəxanaya yerləşdirilib.

Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Umudov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR