Almaniya Bundestaqının nümayəndə heyəti Bakıya səfər edəcək

Almaniya Bundestaqının nümayəndə heyəti Bakıya səfər edəcək
# 08 sentyabr 2015 10:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Almaniya parlamentinin nümayəndə heyəti Bundestaqın Beynəlxalq Parlament təqaüdü proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçmək məqsədilə sentyabrın 15-16-da Bakıda səfərdə olacaq.

Almaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Bundestaqın deputatı Manfred Tsölmer rəhbərlik edəcək.

Səfər çərçivəsində nümayəndə heyəti Bakıda siyasət, iqtisadiyyat və təhsil sahələrindən nümayəndələrlə görüşlər keçirəcəklər. Mövcud əlaqələri və şəbəkəni inkişaf etdirmək üçün İPS proqramının məzunları ilə də görüş nəzərdə tutulub.

Qeyd edək ki, İPS proqramı Almaniya Bundestaqının prezidentinin xüsusi himayəsi və üç Berlin universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bütün səfər, yaşayış və sığorta xərcləri habelə aylıq təqaüd Bundestaq tərəfindən ödənilir.

Hər il dekabr ayından etibarən İPS proqramında iştirak etmək üçün müraciət ərizələri Almaniyanın Bakıdakı səfirliyinə təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR