Almaniyada ATƏT-in sammitinin keçiriləcəyi bina yandırılıb

Almaniyada ATƏT-in sammitinin keçiriləcəyi bina yandırılıb
# 27 noyabr 2016 12:30 (UTC +04:00)

Almaniyanın Hamburq şəhərində iki həftə sonra ATƏT-in sammitinin keçirilməsi nəzərdə tutulan binada sərgi salonu yandırılıb.

APA-nın “Bild” nəşrinə istinadən verdiyi məlumata görə, hadisə dünən axşam baş verib.

Onlarla insan binanın girişlərinin birində yanğın törədib, o cümlədən yaxınlıqdakı zibil qablarını yandırıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın binaya ciddi ziyan vurub.

Yanğının ATƏT-in sammiti ilə əlaqəli olub-olmadığı rəsmən açıqlanmayıb. Polis olayla bağlı araşdırma aparır.

Qeyd edək ki, Hamburqda ATƏT-in sammiti 8-9 dekabr tarixlərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR