ABŞ-la Rusiya Suriya ilə bağlı qətnamə layihəsini razılaşdırıb

ABŞ-la Rusiya Suriya ilə bağlı qətnamə layihəsini razılaşdırıb
# 06 avqust 2015 09:09 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə adının çəkilməsini istəməyən ABŞ rəsmisi məlumat verib.

Məlumata görə, BMT Təhlükəsizlik Şurasının cümə günü keçiriləcək toplantısında şura üzvlərinin Suriyada toksik qaz hücumlarına cavabdeh olan şəxslərin müəyyənləşdirilməsi ilə bağlı ABŞ-ın təklifinə səs verəcəyi gözlənilir.

BMT Təhlükəsizlik Şurası bu tip hücumlara görə artıq xəbərdarlıq edib. Sanksiyaların tətbiq edilməsi də bu sıraya daxildir.

Müvafiq razılaşma ABŞ dövlət katibi Con Kerri ilə rusiyalı həmkarı Sergey Lavrovun ASEAN ölkələrinin Kuala-Lumpurda keçirilən toplantısı çərçivəsində əldə olunub.

Qeyd edək ki, Suriyanın müttəfiqi olan Rusiya Bəşər Əsəd hökumətini 4 illik vətəndaş müharibəsi dövründə BMT-nin bütün qətnamələrindən qoruyub. ABŞ hökuməti isə adıçəkilən qətnamə layihəsini Rusiya ilə bir neçə ay öncə müzakirə etməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR