Türkiyənin Bitlis vilayətində 6 PKK terrorçusu məhv edilib

Türkiyənin Bitlis vilayətində 6 PKK terrorçusu məhv edilib
# 27 avqust 2015 11:17 (UTC +04:00)

Bakı – APA. Türkiyənin cənub-şərqindəki Bitlis vilayətinin Hizan rayonu ərazisində PKK terrorçuları yerli jandarma komandanlığını binasına hücum edib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, hadisə avqustun 27-nə keçən gecə, yerli vaxtla saat 01.00 radələrində baş verib. Əsgərlərlə terrorçular arasındakı döyüşdə 4 hərbçi yaralanıb, 6 terrorçu məhv edilib. Yaralı əsgərlər helikopterlə xəstəxanaya çatdırılıb. Qaçan terrorçuları təqib etmə üçün əməliyyat başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR