ADA Universiteti  və BAMF “Qarabağ” layihəsi həyata keçirəcək

ADA Universiteti  və BAMF “Qarabağ” layihəsi həyata keçirəcək
# 14 oktyabr 2017 08:35 (UTC +04:00)

ADA Universiteti və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) arasında bağlanmış memorandum əsasında “Qarabağ” sosial-humanitar layihəsinin başlanmasına dair tədbir keçirilib.

BAMF-ın Mətbuat departamentindən APA-ya verilən məlumata görə, tədbirdə universitetinin müəllim və tələbə heyəti, BAMF əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADA-nın prorektoru Fariz İsmayılzadə BAMF-ın təşkilatçılığı ilə bu ilin iyun ayında ADA universiteti tələbə və müəllim heyətinin müharibədən zərərçəkmiş regionlara səfərinin əhəmiyyətini vurğulayıb. BAMF prezidenti Umud Mirzəyev ADA ilə müharibədən zərərçəkmiş regionlara səfərin digər universitetlərin də bu kimi təşəbbüslərə qoşulması baxımından zəruriliyini bildirib. U. Mirzəyev müharibədən zərər çəkmiş regionlarla tanış olan xarici müəllim və tələbə heyətinin müharibənin törətdiyi faciələr, dağıdılmış infrastruktur, güllələnmiş məzarlıqlara dair esselərinin, həyat hekayələrinin sosial şəbəkələrdə, internet mediada işıqlandırmasının vacib olduğunu qeyd edib.

Daha sonra səfərlə bağlı BAMF tərəfindən hazırlanmış videomaterial ADA-nın müəllim və tələbə heyətinə nümayiş etdirilib. BAMF-ın əməkdaşı Anastasiya Lavrinanın müharibədən zərərçəkmiş ərazilərdə mövcud imkanlar və infrastruktur, sosial humanitar sahədə layihələrinin icrası və tərəfdaşlıq perspektivlərinə dair təqdimatı olub. Sonda təmas xəttinə yaxın yerlərdə yerləşən kəndlərin su və kəhriz probleminin aradan qaldırılması üçün birgə xeyriyyə tədbirlərinin, müharibədən zərərçəkən bölgələrdə sosial biznesin inkişafına, təhsil və idmana dəstək proqramlarının gerçəkləşdirilməsi üçün “Qarabağ” layihəsinin başlanılmasına qərar verilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR