"Çelsi"-"Qarabağ" oyununa getmək istəyən Azərbaycan vətəndaşları üçün viza proseduru asanlaşdırılıb

"Çelsi"-"Qarabağ" oyununa getmək istəyən Azərbaycan vətəndaşları üçün viza proseduru asanlaşdırılıb
# 29 avqust 2017 13:30 (UTC +04:00)

Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi "Çelsi"-"Qarabağ" futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib.

Bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda "Çelsi"-"Qarabağ" oyunu keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR