Çin 20 əcnəbini qadağan olunmuş videoya baxdıqlarına görə deportasiya edib

Çin 20 əcnəbini qadağan olunmuş videoya baxdıqlarına görə deportasiya edib
# 19 iyul 2015 00:32 (UTC +04:00)

Bakı-APA. Çin 20 xarici vətəndaşı terror və dini ekstremizmi təbliğ edən video çarxlara baxdıqlarına görə ölkədən deportasiya edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Çin XİN-nin məlumatında bildirilir.

Məlumata görə, xarici vətəndaşlar qadağan olunmuş videoya qaldıqları oteldəki otaqların birində baxırmışlar.

Saxlanılanlar arasında CAR, Böyük Britaniya və Hindistan vətəndaşları var. Onlar təqsirli olduqlarını etiraf ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR