ABŞ-da terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb

ABŞ-da terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
# 15 oktyabr 2016 00:37 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Kanzas ştatında terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, saxlanılanlara qarşı rəsmi ittiham yaxın vaxtlarda irəli sürüləcək.

Məlumata əsasən, onlar Kanzas ştatının qərbində yerləşən Qarden-Siti şəhərində Somalidən olan immiqrantlara qarşı terror hücumları həyata keçirmək niyyətində olublar.

Saxlanılanların adları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR