Bakıdakı səhiyyə orqanları işçilərinə avtomobillərini qaydalara uyğun park etmək tapşırılıb

Bakıdakı səhiyyə orqanları işçilərinə avtomobillərini qaydalara uyğun park etmək tapşırılıb
# 20 avqust 2015 10:13 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Səhiyyə Nazirliyində “Bakı şəhərində fəaliyyət göstərən Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə idarə və müəssisələrin rəhbər və işçilərin şəxsi avtomobillərin iş vaxtı ümumi qaydaya uyğun həyətyanı ərazilərdə parklanması”nın təminatına dair toplantı keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, toplantıda iştirak edən idarə və səhiyyə müəssisələrinin rəhbərlərinə bildirilib ki, nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair ölkə başçısının tapşırıqlarının icrası məqsədilə 30 iyun 2015-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının iclası olub və “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Protokol imzalanıb.

Toplantıda ümumi tapşırıqların icrası məqsədi ilə Səhiyyə Nazirliyinin tabeçiliyində olan idarə və tibb müəssisələrinin rəhbərlərinə 01.09.2015-ci il tarixindən etibarən işçilərin şəxsi avtomobillərinin iş vaxtı ərzində ümumi qaydaya əsasən, mümkün olduğu halda həyətyanı sahədə park olunması tapşırılıb.

Toplantıda idarə və tibb müəssisələrinin rəhbərlərinə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrinin 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə” imzalanmış müvafiq əmrinə dair lazımi tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR