“Unibank” ASC müştəriləri üçün Məlumat Mərkəzini daha da təkmilləşdirib - FOTO

“Unibank” ASC müştəriləri üçün Məlumat Mərkəzini daha da təkmilləşdirib - <span style="color: red;">FOTO
# 04 avqust 2015 13:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Unibank” ASC müştəriləri üçün Məlumat Mərkəzini daha da təkmilləşdirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştəri məmnuniyyətini daim üstün tutan bankın yeni istifadəyə verdiyi “UniCall” sistemi, zəng edən müştərilərin daha qısa müddətə, vaxt itirmədən, istədikləri məlumatı almasına imkan verəcək.

Məlumata əsasən, yeni texnologiya sayəsində müştərilərin gözləmə vaxtı ortalama 4 dəfəyədək azalıb. “UniCall” sistemi müştərilərin bankın xidmət və məhsullarından istifadəsi ilə bağlı bütün məlumatları bir proqramda ümumiləşdirdiyi üçün müştərilərin vaxt itkisi minimuma enir. Müştəri hesabındakı olan hərəkətləri vaxt itirmədən öyrənə, plastik kartını blok edə, kredit borcu kodunu öyrənə, nömrəsini sistemdə dəyişdirə və digər bütün mümkün məlumatları Məlumat Mərkəzi əməkdaşından ala bilər.

117 Məlumat Mərkəzi “Unibank” müştəriləri üçün çoxsaylı xidmətlər təklif edir. “Unibank”ın məlumat mərkəzinin mütəxəssisləri ilə bu vasitələrlə də əlaqə saxlamaq mümkündür:

  • (+994 12) 4982244, 117 nömrələrinə zəng edərək;
  • “Albalı Plus” mobil əlavəsini yükləyərək;
  • [email protected] elektron ünvanına məktub yazaraq;
  • albali.az saytında “Geri zəng” xidmətindən istifadə edərək;
  • Onlayn- Konsultasiya xidmətinə qoşularaq;
  • Skype proqramı vasitəsi ilə bankla (Uniskype.unibank) interaktiv əlaqə yaradaraq;
  • www.facebook.com/unibank.azhttps://twitter.com/unibank səhifələrindən.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR