“EVRASCON” şirkətinin rəhbəri: “Salyanda körpü tikintisində çalışanların əmək haqqı ayın axırına qədər ödəniləcək”

“EVRASCON” şirkətinin rəhbəri: “Salyanda körpü tikintisində çalışanların əmək haqqı ayın axırına qədər ödəniləcək”
# 09 sentyabr 2015 12:06 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda körpü tikintisində çalışan “EVRASCON” şirkətinin fəhlələri əmək haqlarının gecikdirilməsinə etiraz ediblər.

“EVRASCON” şirkətində işləyənlərin bildirdiyinə görə, tikintidə təxminən 1200 nəfərə qədər işçi çalışır. Onlardan 150-200 nəfəri günə muzdla çalışanlar, qalanları isə əmək müqaviləsi ilə işləyənlərdir: "Hazırda şirkətdə əmək müqaviləsi ilə işləyənlərə 4 ayın əməkhaqqı ödənilməyib. Şirkət rəsmisi cümə günü may ayının əmək haqqının ödəniləcəyinə söz verib. Sentyabrın axırında isə iyun ayının əmək haqqı veriləcək".

“EVRASCON” şirkətinin Direktorlar Şurasının sədri Manaf Şirinov APA-nın Mil-Muğan bürosuna bildirib ki, Salyan rayonunda “EVRASCON” şirkəti tərəfindən Ələt-Astara magistral yolunun üstündə tikintisi aparılan körpüdə çalışan fəhlələrin əmək haqlarının gecikməsinə səbəb büdcə ödəməsinin gecikməsidir: " Yaxın bir həftə ərzində bütün işçilərə bir ayın əmək haqqı ödəniləcək. Ayın axırında isə digər ayın əmək haqqı da ödəniləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR