Qusarda iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO

Qusarda iki minik maşını toqquşub, xəsarət alanlar var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 23 iyul 2015 21:06 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar-Xudat yolunun 5-ci km-də, Balaqusar kəndi ərazisində qeydə alınıb.

VAZ 2107 markalı minik maşını ilə VAZ 21011 markalı avtomaşınların toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər iki nəfər, VAZ 2107-nin sürücüsü, Qusar rayon sakini, 1965-ci il təvəllüdlü Hüseynov Murad Həbib oğlu və VAZ 21011-in sürücüsü, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Hacıyev Eduard Fərzəli oğlunun müalicəsi Qusar Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Hər iki şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR