“BMX Racing” üzrə dünya çempionatının təşkilinə dair əmr imzalanıb

“BMX Racing” üzrə dünya çempionatının təşkilinə dair əmr imzalanıb
# 08 fevral 2018 12:15 (UTC +04:00)

Səhiyyə naziri Oqtay Şirəliyev 2018-ci ildə Bakı şəhərində keçirilməsi planlaşdırılan velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının təşkilinə dair əmr imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əmrdə BMX (Velopark) stadionunda tibb məntəqəsinin yaradılması və yarış zamanı tibb xidmətlərinin göstərilməsi, çempionat iştirakçılarının, qonaqların yaşayacaqları yerlərdə təcili tibbi yardım maşınlarının növbətçiliyini təmin edilməsi kimi tapşırıqlar əks olunub.

Əmrdə çempionatın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda çempionat iştirakçılarının və qonaqların hospitalizasiyasını Bakı şəhər Klinik Tibbi mərkəzində yerləşdirilməsi, digər tibb müəssisələrinə müraciət olunan zaman çempionat iştirakçılarına və qonaqlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR