Qurban Yetirmişli: "Afterşokların çoxluğu Azərbaycanda katostrafik zəlzələ ehtimalının olmadığını göstərir"

Qurban Yetirmişli: "Afterşokların çoxluğu Azərbaycanda katostrafik zəlzələ ehtimalının olmadığını göstərir"
# 03 iyun 2015 14:39 (UTC +04:00)

Bunu APA-ya AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün Şamaxı və İsmayıllıda baş verən zəlzələlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu gün baş verən ilk təkan güclü olduğundan ondan sonra çoxsaylı – 20-dən çox afterşok qeydə alınıb. Bunların arasında 3 bala kimi hiss olunanların da baş verdiyini deyən Q.Yetirmişlii əlavə edib ki, afterşokların çoxluğu və prosesin belə getməsi, əsas təkandan sonra bir neçə hiss olunan zəlzələnin qeydə alınması katostrafik zəlzələ ehtimalının olmadığını göstərir.

“Enerji boşalma getdiyi üçün güclü zəlzələ gözlənilmir. Afterşoklar davam edir və bu proses davam edəcək”, - deyə o vurğulayıb.

Q.Yetirmişli əlavə edib ki, zəlzələlərin heç bir dağıdıcı təsiri olmayıb: “İlk güclü zəlzələ dağlıq ərazidə baş verib. Zəlzələ Pirquludan şimal-qərbdə dərinlik qırılması boyunca, Şamaxı-İsmayıllı arasında dərin tektonik qırılma blokların hərəkəti nəticəsində olub. Proses adi prosesdir və zəlzələ anına görə xarakterikdir. Orta güclü, maqnitudası 4.6 olan zəlzələ dağlıq ərazidə baş verib və orada yaşayış məntəqəsi Zarat Xeybəri kəndində binalar qayaların üstündədir. Orada dağıntı ola bilməzdi. Normal tikililərdə müəyyən çatlar əmələ gələ bilər. Amma binalara yerində baxış keçirildikdən sonra dağıntılar barədə dəqiq məlumat vermək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR