“Moody’s: ABB-nin sağlamlaşdırılmasından sonra bank sektorunda kapital adekvatlığı yaxşılaşıb

“Moody’s: ABB-nin sağlamlaşdırılmasından sonra bank sektorunda kapital adekvatlığı yaxşılaşıb
# 24 may 2018 08:34 (UTC +04:00)

"Azərbaycanda kreditləşmənin bərpası fonunda problemli kreditlər sabitləşib".

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Moody’s”in “İllik Azərbaycan Sammiti”ndə “beynəlxalq reytinq agentliyinin analitiki Petr Paklin deyib.

O bildirib ki, ABB-nin sağlamlaşdırılması tədbirlərindən sonra bank sektorunda kapital adekvatlığı yaxşılaşıb. P.Paklin Azərbaycanın bank sektorunda risklərə də toxunub.

"Korporativ sektorda uyğunsuzluq riskləri hələ də yüksəkdir. Bununla belə Azərbaycanın bank sektorunda əhəmiyyətli dövlət dəstəyi var", - deyə P.Paklin vurğulayıb.

"Azərbaycanda son 3 ildə dollarlaşmanın səviyyəsinin aşağı düşdüyünü görürük. Bununla belə bank sektorunda dollarlaşma yüksək səviyyədədir. Depozitlər üzrə dollarlaşma səviyyəsi 70% təşkil edir. Xarici valyutada kreditlərdə dollarlaşma 40% səviyyəsindədir. 2015-ci ildə baş verən devalvasiya banklara öz təsirini göstərib. Bizim hesablamalarımıza görə bankların qısa açıq valyuta mövqeyi ən pis həddə çatıb. 2017-ci il Azərbaycanın bank sektorunda kapitallaşmanın yaxşılaşmasına səbəb olub. Kapitallaşmanın yaxşılaşmasına baxmayaraq hələ də risklər var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR