“Bank of Baku” İnternet Bankçılıq xidmətinin mobil versiyasını istifadəyə verib - FOTO

“Bank of Baku” İnternet Bankçılıq xidmətinin mobil versiyasını istifadəyə verib - <span style="color: red;">FOTO
# 30 iyul 2015 08:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Müştərilərin hesablarına nəzarəti asanlaşdırmaq üçün “Bank of Baku” İnternet Bankçılıq xidmətinin mobil versiyasını istifadəyə verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, artıq bütün smartfonlardan rahat şəkildə internet bankçılıq xidmətinə daxil olmaq mümkündür.

İnternet Bankçılıq xidməti müştərilərə aşağıdakı xidmətləri təklif edir:

- Sərf etdiyiniz vəsaitlərə çevik nəzarət

- Plastik kartların limitini yoxlamaq

- Kredit ödənişlərini həyata keçirmək

- Kartlar ilə alış-veriş zamanı xərclənən məbləğ barədə onlayn məlumat

- Avtomatik kredit ödənişi

- Kommunal xidmətlərin avtomatik ödənişi

- Kartın blok edilməsi

- Kartdan karta köçürmə

- Kredit sifarişi

- Əmanətləri barədə müfəssəl məlumat, o cümlədən bitmə tarixi, artırılma imkanı və s.

İnternet Bankçılıq xidmətinə qoşulma pulsuzdur. Xidməti aktivləşdirmək üçün “Bank of Baku”nun istənilən filialına yaxınlaşmaq və ya 145 Məlumat Mərkəzinə zəng etmək lazımdır.

Qeyd edək ki, bundan öncə müştərilərin xidmətlərdən rahat şəkildə faydalanması üçün “Bank of Baku” korporativ saytın da mobil versiyasını təqdim edib.

Daha ətraflı məlumat üçün:

https://www.e-bankofbaku.com
http://www.facebook.com/bankofbaku

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR