Çeçenistanda mikroavtobus dərəyə aşıb, 7 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Çeçenistanda mikroavtobus dərəyə aşıb, 7 nəfər ölüb, 6 nəfər xəsarət alıb
# 21 iyul 2015 23:20 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Vedeno rayonunda mikroavtobusun dərəyə aşması nəticəsində 7 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, sərnişinlərlə dolu mikroavtobus dərinliyi 200 metrə yaxın dərəyə aşıb.

Xəsarət alanların vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisənin başvermə səbəbləri və digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR