Urmiyədə nəşr olunan “Dəniz” dərgisinin baş redaktoru “APA Holding”də olub - FOTOSESSİYA - VİDEO

Urmiyədə nəşr olunan “Dəniz” dərgisinin baş redaktoru “APA Holding”də olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 avqust 2015 10:12 (UTC +04:00)

APA-nın məlumatına görə, media təmsilçisi səfər çərçivəsində “APA Holding”də olub. Holdingin Direktorlar Şurasının üzvü, APA TV-nin baş direktoru Vüqar Hüseynovla keçirilən görüşdə qonağa “APA Holding”in strukturu, quruma daxil olan media resurslarının fəaliyyəti barədə geniş məlumat verilib. Mustafa Quluzadə APA İnformasiya Agentliyinin fəaliyyətini daim izlədiyini, rəhbərlik etdiyi saytda və “Dəniz” dərgisində APA-nın materiallarını mütəmadi yayımladığını deyib. Qonaq “APA Holding”ə daxil olan media qurumlarının fəaliyyətinin operativliyi və tərəfsizliyi ilə seçildiyinə diqqət çəkib. Rəhbərlik etdiyi media orqanlarının latın qrafikası və əski əlifba ilə nəşr olunduğunu deyən Mustafa Quluzadə Azərbaycanla İran arasında münasibətlərin inkişafında medianın böyük rol oynadığını vurğulayıb. Xüsusilə iki ölkənin jurnalistlərinin qarşılıqlı səfərlərinin bu münasibətləri daha da yaxınlaşdırdığına diqqət çəkən qonaq bildirib ki, istər siyasi-iqtisadi, istərsə ədəbi-mədəni əlaqələrin inkişafında medianın oynadığı rol əvəzsizdir. Ötən il Bakıda keçirilən beynəlxalq humanitar forumun iştirakçısı olduğunu deyən Mustafa Quluzadə tədbirin təşkilindən çox razı qaldığını söyləyib. Onun sözlərinə görə, Azərbaycan bu cür önəmli tədbirlərə ev sahibliyi etməklə, regionda və dünyada mövcud olan problemlərin araşdırılması və həll yollarının tapılmasına mühüm töhfə vermiş olur.

Vüqar Hüseynov qarşılıqlı səfərlərin iki ölkənin insanlarının bir-birini daha yaxından tanınmasına müsbət təsir göstərdiyini deyib. O, APA TV-nin İranın müxtəlif bölgələrindən silsilə reportajlar hazırladığını və bu materialların tamaşaçılar tərəfindən çox maraqla qarşılandığını bildirib. Görüşdən sonra qonaq APA TV-yə açıqlama verib, Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR