Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün yeni tamaşa hazırlanır

Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün yeni tamaşa hazırlanır
# 03 dekabr 2016 10:25 (UTC +04:00)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məktəblilərin qış tətili günlərində nümayiş olunmaq üçün yeni tamaşanın məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Teodor Syuz Qeyzelin “Yeni ili oğurlayan Qrinç” kitabının motivləri əsasında Ron Hovardın ekran həyatı verdiyi “Qrinç” bu dəfə gənc rejissor Elşad Rəhimzadənin quruluşunda nümayiş etdiriləcək.

Səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rəqslərin quruluşçusu Yelena Volkova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Tamaşada Kalmıkiya Respublikasının əməkdar artisti İlham Əsədov, aktyorlar Günel Məmmədova, Zümrüd Quliyeva, Ramil Məmmədov, Ceyhun Məmmədov, Eşqin Quliyev, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova, Vahid Orucoğlu, Mirzəağa Mizəyev, Natiq Fərzəliyev, Bəhram Həsənov, Nuriyyə Əliyeva, Venera Abbasova, Könül Əbilova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Nuranə Hüseynova, Ramiq Nəsirov, Yusif Dadaşov iştirak edəcəklər.

Yeni il tamaşası dekabrın 29-dan yanvar 5-dək gündə dörd seans nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR