Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 125-ə çatıb

Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 125-ə çatıb
# 20 iyul 2018 03:08 (UTC +04:00)

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 125 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 120 nəfərin öldüyü, 332 nəfərin itkin düşdüyü bildirilirdi.

Vulkanın yaxınlığında yerləşən bis sıra yaşayış məntəqələri həyat üçün təhlükəli elan ediliblər.

Hündürlüyü 3,7 km təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşən vulkan iyunun 3-dən püskürməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR