Avropa İttifaqı Suriya üzrə konfrans keçirəcək

Avropa İttifaqı Suriya üzrə konfrans keçirəcək
# 06 mart 2017 19:55 (UTC +04:00)

Aprelin 5-də Brüsseldə Avropa İttifaqı BMT ilə birgə Suriya üzrə konfrans keçirəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

“Ötən il Londonda keçirilən tədbirin davamı kimi, tədbir Suriyanın və regionun gələcəyinə həsr olunacaq”, deyə F.Moqerini bildirib.

Onun sözlərinə görə, konfransın həmsədrləri qismində Almaniya, Küveyt, Norveç, Qətər və Böyük Britaniya çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR