Belarus səhiyyə naziri: “Ölkəmizdən Azərbaycana göndərilən dərmanların həcmi artıb”

Belarus səhiyyə naziri: “Ölkəmizdən Azərbaycana göndərilən dərmanların həcmi artıb”
# 28 sentyabr 2017 09:38 (UTC +04:00)

”Belarusla Azərbaycan arasında bütün sahələrdə olduğu kimi səhiyyə sistemində də qarşılıqlı əməkdaşlıq münasibətləri formalaşıb”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Belarusun səhiyyə naziri Valeri Malaşko deyib.

O bildirib ki, artıq Belarusdan Azərbaycana göndərilən dərmanların həcmində artım müşahidə olunur. V. Malaşkonun sözlərinə görə, Belarus mütəxəssislərinin Azərbaycanda yüksək tibbi məlumatların bölüşməsi, birgə əməliyyatların icra olunması, həkimlərin qarşılıqlı səfərləri, təcrübə mübadiləsinin aparılması sahəsində ildən-ilə yüksəliş nəzərə çarpır.

V. Malaşko iki ölkə arasında səhiyyənin, xüsusilə onkoloji xidmətlər, orqan hüceyrələrinin transplantasiyası, kardiologiya və digər sahələrdə əməkdaşlıqda irəliləyiş əldə olunub: “Bu uğurlu əməkdaşlıqdan xalqlarımız bu gün və gələcəkdə faydalanacaq. Bu il Azərbaycanda keçirilən səhiyyə sərgisində Belarus fərqli yanaşma nümayiş etdirilir. Artıq sərgidə əczaçılıq şirkətləri ilə yanaşı digər səhiyyə mütəxəssisləri, həkimlər iştirak edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR